Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ötən həftə koronavirusa yoluxma hallarının sayı

Son bir həftə ərzində dünyada 5,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 15 mindən artıq insan isə koronavirusdan ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 24 faiz, ölüm hallarının sayı isə 6 faiz azalıb.

"Avqustun 8-dən 14-dək koronavirusa 5 460 641 nəfər yoluxub, 15 072 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 24 faiz, ölüm hallarının sayı isə 2 faiz azalıb", - deyə bülletendə bildirilir.

Qeyd edək ki, avqustun 17-si üçün koronavirusa yoluxanların sayı 589 680 368 nəfərə, ölənlərin sayı isə 6 436 519 nəfərə çatıb.

Milli.Az