Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Özünü tanımaq insana nə verir?

Məcaşə adlı bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, "Allaha mərifət yolu haradadır?".

Həzrət (s) buyurur: "Özünü tanımaqda".

Soruşur: "Allaha gedən yol hansıdır?".

Həzrət (s) buyurur: "Nəfsinlə müxalifətlik etməkdə".

Soruşur: "Allahın razılığını əldə etməyin yolu hansıdır?".

Həzrət (s) buyurur: "Nəfsi qəzəbləndirməkdə".

Soruşur: "Həqiqətə çatmaq yolu hansıdır?".

Həzrət (s) buyurur: ""Mən"indən hicrət etməkdə".

Soruşur: "Allah itaətini əldə etməyin yolu hansıdır?".

Buyurur: "Nəfsə itaətsizlik etməkdə".

Soruşur: "Haqqı öyrənməyin yolu necədir?".

Buyurur: "Özünü unutmaqda".

Soruşur: "Allaha yaxınlaşmağın yolu hansıdır?".

Buyurur: "Nəfsdən uzaq olmaqda".

Soruşur: "Allahla munis olmağın yolu hansıdır?".

Buyurur: "Nəfsdən qorxmaqda".

Soruşur: "Bu yolu necə getmək olar?".

Buyurur: "Nəfslə mübarizə etməkdə Allahdan yardım istəməkdə".

Bu hədisdən göründüyü kimi, insanın kamala çatmağına mane olan əsil amil - nəfsidir. Əgər nəfs insana tabe olarsa və ağlın hökumətini qəbul edərsə - insan bu zaman kamala çata bilər, əks halda bu mümkünsüzdür.

Milli.Az