Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Payızda bu məhsullardan istifadə etməyin - Dəriniz quruya bilər

Dermatoloq Zoya Konstantinova payızda dəriyə düzgün qulluğun əsas qaydalarını açıqlayıb.

Publika.az xəbər verir ki, dermatoloq bu barədə Gazeta.ru-ya müsahibəsində danışıb.

Mütəxəssisin fikrincə, əgər il boyu SPF qoruyucu kremlərdən istifadə edirsinizsə, dərinizi düzgün təmizləyib nəmləndirirsinizsə, o zaman ilin bu vaxtında bahalı məhsullar almağa gərək qalmır.

"Qarlanmadığınız üçün payızda bir neçə səthi pilinq edə bilərsiniz və ya daha aktiv prosedurlar üçün bir kosmetoloqla əlaqə saxlaya bilərsiniz. Əgər dəri otaqda və küçədə temperatur fərqləri səbəbindən quruyursa, o zaman nəmləndiricini dərinin nəm balansını təmin edən qidalandırıcı serumla əvəz etməyə dəyər”, - o qeyd edib.

Dermatoloq, həmçinin payızda spirt tərkibli toniklərdən və losyonlardan imtina etməyi tövsiyə edib. Mütəxəssisin fikrincə, yağlı dəriləri olanlar belə bu məhsullardan uzaq durmalıdır. Əks halda hidrolipid balansı pozula bilər.