Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Peskov: "Yeni regionlara hücumlar Rusiyaya TƏCAVÜZ kimi qəbul olunacaq"

Ukraynanın Rusiyanın regionlarına çevrildikdən sonra dörd əraziyə mümkün hücumları Rusiya Federasiyasına təcavüz kimi qiymətləndiriləcək.

Publika.az xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bu gün Kremldə keçirilən imzalanma mərasimindən sonra Rusiyanın bu ərazilərə mümkün zərbələri müvafiq cavabla və ya başqa şəkildə Rusiya Federasiyasına qarşı təcavüz aktı kimi necə qəbul edəcəyi ilə bağlı suala cavab olaraq D.Peskov vurğulayıb: “Xeyr, başqa bir şey olmayacaq".

Yeni ərazilərin Rusiyanın tərkibinə hansı sərhədlər çərçivəsində daxil olacağından danışan RF Prezidentinin mətbuat katibi "DXR" və "LXR"in 2014-cü ilin sərhədləri daxilində olduğunu qeyd edib və gün ərzində digər ikisini dəqiqləşdirəcəyinə söz verib.

Səxavət