Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Prays ABŞ-ın Lavrova viza verəcəyini təsdiqləmədi

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlər üçün keçirdiyi brifinq zamanı Birləşmiş Ştatların Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova və onun nümayəndə heyətinin üzvlərinə BMT Baş Assambleyasında Nyu-Yorkda çıxış etmək üçün viza verməyə hazır olduğunu açıq şəkildə təsdiqləməyib.

Publika.az xəbər verir ki, bu barədə TASS yazıb.

O, həmçinin Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonovun bəyanatlarına münasibət bildirməkdən imtina edib. Prays bir neçə saat əvvəl ABŞ Dövlət Departamentinə bu məsələlərlə bağlı müzakirələr aparmaq niyyətində olduğunu bəyan edib.

“Rusiya rəsmiləri, o cümlədən səfir Antonov ilə gözlənilən hər hansı görüş barədə deyəcək heç nəyim yoxdur. Ancaq sabah bu barədə deyəcək bir şeyimiz olacaqsa, o zaman bunu edəcəyik” - o, qeyd edib.

Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, Birləşmiş Ştatlar BMT-nin mənzil-qərargahına göndərilən şəxslərə Amerika vizalarının verilməsində xüsusi məsuliyyət tanıyır.

Akqabay