Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:
Birinci yeri tutmuş idmançı - 20000 manat, onun şəxsi məşqçisi - 10000 manat, həmin idman növü üzrə baş məşqçi - 10000 manat;
Üçüncü yeri tutmuş komanda - 20000 manat, komandanın hər bir məşqçisi - 5000 manat.