Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Professor: "Media Reyestrinin aparılması şəffaflıq baxımından çox önəmlidir"

Professor: "Media Reyestrinin aparılması şəffaflıq baxımından çox önəmlidir"

"Jurnalistlərin reyestrinin aparılması "Media haqqında" qanuna əsaslanır. Mən hesab edirəm ki, reyestr olmalıdır. Biz bilməliyik ki, media mühitində nə qədər qəzet, jurnal, sayt - media subyektləri var. Bu baxımdan jurnalistlərin reyestrinin aparılması şəffaflıq üçün çox önəmlidir".

Bunu Musavat.com-a Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib.

"Qeydiyyata alınırlar, domen alırlar, amma bilinmir ki, bu saytı kim yaradıb, rəhbəri kimdir. Reketliklə məşğul olub sonradan yeni sayt açırlar. Bu cür ictimai dələduzluqla məşğul olanlar çoxdur. Bunların qarşısını almaq üçün media subyektlərinin reyestrinin aparılması vacibdir. Burada bir şəffaflıq, ümumi siyahı, media subyektləri haqqında tam bilgi var. Bu, istənilən istifadəçi üçün, eləcə də dövlət qurumları üçün yaxşı haldır. Reyestrə alınmış jurnalistlər elan olunmuş müəyyən imtiyazlardan faydalana biləcəklər. Sənədləri təqdim etdikdə isə jurnalistin çalışdığı media qurumu ilə əmək müqaviləsi olmalıdır, onun məhkum olub-olmaması ilə bağlı arayış olmalıdır. 

Media subyektlərinin reyestrinin aparılması şəffaflıq baxımından çox önəmlidir. Jurnalistlərin Media Reyestrinə daxil olması könüllülük prinsipi əsasında həyata keçiriləcək. Digər tərəfdən, vahid jurnalist vəsiqəsi haqqında əvvəllər də danışılırdı. Bu məsələlər də əlbəttə ki, prosedur qaydasında həll olunmalıdır. Jurnalistlərin məsuliyyəti artacaq, böhtan yazanların qarşısı alınacaq. Hesab edirəm ki, media subyektləri arasında təbliğat və izahat işi aparılmalıdır ki, insanlar bunu hüquqların məhdudlaşdırılması kimi yox, şəraitin yaradılması kimi başa düşsünlər. Reyestrə düşmüş jurnalist üçün məlumat almaq asanlaşacaq, bu, çox gözəl haldır". 

Aytən Novruz
Musavat.com