Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qadınlar əbədi gözəllik axtarışına çıxmamalıdır! - Ornella Muti hər şeyi bir cümlə ilə izah etdi

Yeddinci onilliyinə çatan Ornella Muti bu günə qədər bir çox qadın üçün gözəllik etalonu olaraq qalır. 80-ci illərdə çəkilən “İnadkarın ram edilməsi” filmindən sonra Ornella Mutiyə bütün dünya heyran olmuşdu. Bu gün italyan kino ulduzunun 67 yaşı var, amma o, öz timsalında göstərir ki, zərif və ləyaqətlə yaşlanmaq mümkündür. Bir çox həmkarlarından fərqli olaraq, aktrisa kosmetoloqların və plastik cərrahların xidmətindən yarınmayıb, özü üçün təbii qocalma yolunu seçib. Üzündə qırışlar olsa da, ona xas mimika, üzünün aydın oval forması, təbəssümü və təbii ki, Ornellanın füsunkar baxışları toxunulmaz qalıb.

Publika.az oxucuları Mutinin qadının yaşa münasibəti ilə bağlı bəzi müdrik məsləhətləri ilə tanış edir.

Aktrisa gizlətmir ki, xüsusən dünyaca məşhur gözəllik ilahəsi sayılırsansa, yaşla bağlı gələn qaçılmaz dəyişikliklərlə barışmaq o qədər də asan olmur. Bununla belə bir çox qadının yaşını qəbul etməkdən qəti şəkildə imtina etməsi, nəyin bahasına olursa-olsun gənclərlə ayaqlaşmaq istəyini Muti axmaqlıq hesab edir. Aktrisanın fikrincə, bu, ilk növbədə şəxsi eqonun süni şəkildə təmin olunmasıdır.

Почему женщине не стоит гнаться за вечной молодостью: Орнелла Мути объяснила все одной фразой

“Qocalmaq acı verir, amma bunu inkar etmək ikiüzlü olmaqdır. Yaşını özündən gizlədə bilməzsən. Əsas sənin necə göründüyündür”, - aktrisa əminliklə ifadə edib.

Ornella inanır ki, qadın daxili harmoniyasını taparsa, yaşı və görünüşü ilə barışa bilər. Muti həmçinin əsasən meyvə, tərəvəz və balıqdan ibarət rasiona üstünlük verir, müntəzəm idman isə ona bu yaşda formada qalmağa kömək edir.

Aktrisa qadınların qocalma əleyhinə prosedurlara və əməliyyatlara əl atmasını qınamır, lakin onu da vurğulayır ki, plastik cərrahların köməyi olmadan da hər birimiz həqiqətən xoşbəxt ola bilərik.

“Plastik əməliyyat etdirib xoşbəxt ola, ya da plastik əməliyyat olmadan xoşbəxt ola bilərsiniz” , - Muti iddia edir.

Aytən Məftun