Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Publika.az xəbər verir ki, "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.

Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)

Pirey, "Georgios Karaiskakis"

Xal durumu: "Frayburq" - 6, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0.