Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Qazprom” Moldovaya qaz tədarükünü dayandırdı

Rusiyanın “Qazprom” şirkəti Moldovaya təbii qaz tədarükünü 30% azaldıb.

Publika.az xəbər verir ki, bu barədə "Moldovaqaz" qaz şirkətinin direktoru Vadim Çeban bildirib.

O qeyd edib ki, oktyabrın 1-dən etibarən çatdırılma azalır.

Moldova baş nazirinin müavini Andrey Spinu deyib ki, tədarükün azalmasının arxasında texniki problemlər dayanır və ölkə "Qazprom"dan tədarükün artırılmasını xahiş edəcək.

"Qaz tədarükünün azaldılmasının səbəbi... Qazprom tərəfindən çox gec izah edilib", - deyən Spinu texniki problemlərin "obyektiv səbəb" sayıla bilməyəcəyini bildirib.

O, həmçinin qeyd edib ki, Moldovanın Ukrayna və Rumıniyada istifadə oluna bilən yeraltı anbarlarında təxminən 53,5 milyon kubmetr qaz var.

Hüseyn İbadlı