Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qonşu ölkəyə giriş-çıxış artdı

"Gürcüstanda gömrük və sərhəd nəzarəti müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir - buraxılış məntəqələrində məlumatlar toplanır, təhlillər aparılır və yalnız bundan sonra bu və ya digər şəxslə bağlı qərar qəbul edilir".

Publika.az xəbər verir ki, bunu Gürcüstanın Maliyyə naziri Laşa Xutsişvili hökumətin iclasından sonra keçirilən brifinqdə deyib.

O, jurnalistin Rusiya vətəndaşlarının Gürcüstana daxil olması zamanı nə kimi tədbirlər nəzərə alını sualını belə cavablayıb:

"Bu istiqamətdə sərhədi keçməyə cavabdeh olan hər bir qurum çox fəal işləyir. Artan axınlar səbəbindən qurumlar əvvəlkindən daha çox iş yükü ilə işləyirlər. Sərhədin keçid sürətinə fəal nəzarət edən və həm təhlükəsizlik, həm də fiskal qaydaya cavabdeh olan bütün qurumların iş yükü artıb. Gəlirlər Xidməti, Gömrük İdarəsi Şöbəsi həqiqətən xüsusi iş yükü şəraitində işləyir. Bu vəziyyətdə axınların həm yüklərin istiqaməti, həm də gələn fiziki şəxslərin sayı baxımından artdığını hamımız görürük. Bununla bağlı vəziyyət nəzarət altındadır. Sərhəd keçidində dramatik vəziyyət yoxdur. Ölkəyə daxil olan və gedənlərin sayı artıb, ona görə də bu məsələyə ciddi nəzarət edilir”, - Maliyyə naziri bildirib.

Tural Turan