Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Quraqlıq filləri öldürdü

Keniyanın Tsavo Milli Parkında son bir ildə quraqlıq səbəbindən 109 fil ölüb.

Publika.az xəbər verir ki, bu barədə Afrika Vəhşi Təbiət Fondunun Keniya direktoru Nensi Githaiqa məlumat verib.

O bildirib ki, Keniyanın ən böyük parklarından biri olan Tsavo Milli Parkında son bir ildə 109 fil quraqlıq fəsadlarından ölüb:

"Fillər üçün təhlükə hələ də qalmaqdadır. Ölən fillərin sayı çox güman ki, yenə artacaq. Təəssüf ki, quraqlıq faciəsini təkcə fillər yaşamır. Eyni zamanda, insanlar üçün də ciddi təhlükə yaranıb. 2019-cu ildə səhra çəyirtkələrinin "işğalından" sonra kənd təsərrüfatı istehsalı azaldı. Beləliklə, ərzaq böhranının başladığı ölkədə yağıntıların aramsız yağışların gözləniləndən çox az olması yeni qida böhranına səbəb oldu. Hazırda Keniyada 13 milyon insan aclıqla mübarizə aparır".

Mütəxəssislər bildirirlər ki, hazırdda Afrikanın şərqində son 40 ilin ən pis quraqlığı yaşanır.

Tural Turan