Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ər arvadını uşaqların gözü qarşısında qətlə yetirdi

Berlində qaçqınlar üçün sığınacaqlardan birində kişi Ukrayna əsilli həyat yoldaşını mətbəx bıçağı ilə qətlə yetirib.

Milli.Az bildirir ki, bu barədə Almaniya paytaxt polisinin saytında məlumat verilib.

"Hazırda mövcud olan məlumata görə, cütlük saat 11:45 radələrində Vollenbergerştrasse-dəki qaçqınlar üçün sığınacaqda mübahisə edib. Kişi 44 yaşlı arvadına hücum edərək onu ölümcül yaralayıb", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Ukrayna vətəndaşı Berlində qaçqın statusunda yaşayıb.

"Berliner Zeitung" qəzeti yazıb: "50 yaşlı şübhəli hadisə yerindən uzaq olmayan yerdə saxlanılıb". Cütlüyün qonşuları iddia ediblər ki, mübahisə zamanı cütlüyün iki övladı da onların yanında olub.

İrfan Vəliyev
Milli.Az