Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rəhim Rəhimli dəfn olundu

Bəstəkar-müğənni Rəhim Rəhimli dəfn olunub.

Sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak ediblər.

xxx

Müğənni Rəhim Rəhimli Səbail rayonunda yerləşən mənzilindən son mənzilə alqışlarla yola salınır.

Publika.az xəbər verir ki, müğənni Bülbülə qəbiristanlığında dəfn ediləcək.

Mərhumun vida mərasimində xalq artisti Aygün Kazımova, müğənnilər Niyam Salami, Zamiq Hüseynov, Vasif Məhərrəmli, əməkdar artist Elza Seyidcahan, reper Fərid Eminov, aparıcılar Elgiz Əkbər, Kamilə Babayeva, Lalə Əlimuxtarova, Turan İbrahimov, Samir Bayramlı, bəstəkar-müğənni Murad Arif və bir çoxları iştirak edirlər.

Qeyd edək ki, ifaçı 43 yaşında ürəktutmadan vəfat edib.

xxx

Xəbər verdiyimiz kimi müğənni Rəhim Rəhimlinin evində vida mərasimi keçirilir.

Publika.az xəbər verir ki, ürək tutmasından vəfat dən ifaçının vida mərasimində anası Firəngiz Rəhimli göz yaşlarına qərq olub.

İfaçı ilə vida mərasiminə yaxınları gəliblər.

Qeyd edək ki, Rəhim Rəhimli bu gün 12-də Bülbülə qəbiristanlığında dəfn olunacaq.