Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ərdoğan və Paşinyanın görüşü keçiriləcək

Ərdoğan və Paşinyanın görüşü keçiriləcək

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

Day.Az xəbər verir ki, bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat yayıb. Xəbərdə bildirilir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesinin müzakirəsi gözlənilir.

Bundan başqa, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşlərinin üçüncü ölkələrdə, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi məsələsi nəzərdən keçiriləcək.

Eyni zamanda tərəflərin regionda gərginliyin azaldılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını müzakirə edəcəyi gözlənilir.