Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ərdoğan: "Yeni Çernobıl yaşamaq istəmirik"

“Cənab Zelenski ilə bugünkü ikitərəfli görüşlərdə biz ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətləri bütün ölçülərdə qiymətləndirdik. Təbii ki, 6 aya yaxındır davam edən müharibə danışıqlarımızın əsas mövzusu olub".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Lvov şəhərində qatıldığı üçtərəfli zirvə toplantısından sonra birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib:

"Bu münasibətlə biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha vurğuladıq. Zaporojye Atom Elektrik Stansiyası ətrafında davam edən toqquşmalardan narahat olduğumuzu bildirdik. Biz yeni Çernobıl yaşamaq istəmirik”.

Hüseyn İbadlı

Publika.az