Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Restoranın ziyarətçisi yeməkdə nadir bənövşəyi mirvari tapıb

Amerikanın Pensilvaniya ştatının Feniksvill şəhərinin sakini Delaver ştatındakı restoranlardan birində ona süfrəyə verilmiş yeməyin içərisində nadir bənövşəyi mirvari tapıb.

Milli.Az bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

Skott Overland deyib ki, o, bu kəşfi arvadı və uşaqları ilə birlikdə sahildə restoranda yemək yeyərkən edib. Əvvəlcə o mirvarini bir tikə çörək və ya şirniyyatla səhv salıb.

"Biz düşündük ki, aşpaz təsadüfən yeməyin içinə nəsə atıb", - deyə restoranın ziyarətçisi qeyd edib. O, az qala qabı götürüb yenisini gətirməyi tələb edirdi, lakin tapıntıya daha yaxından baxdıqda bunun mirvari olduğunu başa düşüb.

Amerikalı mirvarini onun dəyərini qiymətləndirə bilən mütəxəssisə göstərməyi planlaşdırıb.

Mirvarinin rəngindən, ölçüsündən və mənşəyindən asılı olaraq onun qiyməti 300 min dollar ola bilər.

İrfan Vəliyev
Milli.Az