Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya ilhaq edilmiş ərazilərə kurator təyin etdi

Rusiya hakimiyyəti ilhaq edilmiş Donbas, Xerson və Zaporojye vilayətlərinə kurator təyin edib.

Bu barədə Publika.az RBC-yə istinadla xəbər verir .

Rusiya hökumətində "yeni ərazilərin inkişafı"na nəzarət Vadim Vasilievə həvalə edilib. O, həm də Rusiyanın tikinti və mənzil təsərrüfatı nazirinin müavini təyin edilib.

Müvafiq sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.

Rusiyanın tikinti naziri İrek Fayzullin bildirib ki, bu həftə idarəyə 116 yeni işçi qəbul edilib. Bu, xüsusilə, “yeni ərazilərin sosial-iqtisadi inkişafı Tikinti Nazirliyinə həvalə edilməsi” ilə bağlıdır.

Xatırladırıq ki, sentyabrın 30-da Kreml rəhbəri "DXR" və "LXR", eləcə də Zaporojya və Xerson vilayətlərinin işğal olunmuş ərazilərinin "rəhbərləri" ilə ilhaq haqqında sazişlər imzalayıb.

Hüseyn İbadlı