Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya param-parça olana qədər... - Kadırov oğlanlarını da müharibəyə göndərir – CANLI

Rusiya param-parça olana qədər... - Kadırov oğlanlarını da müharibəyə göndərir – CANLI

Bu gün səhər İranın Ali Rəhbəri Seyid Əli Xameneinin iştirakı ilə Polis Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirilib.

İmam Həsən adına Polis Akademiyasının həyətinə daxil olan ayətullah Xamenei meydandakı polis, sərhəd xidməti və yol polisi birləşmələrini salamlayıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov 3 oğlunu Ukraynada müharibəyə göndərəcəyini açıqlayıb. Kadırov yaxın vaxtlarda 3 oğlunun “xüsusi əməliyyat zonası”na gedəcəyini qeyd edib.

Ramzan Kadırov oğlanlarının təmas xəttinin ən çətin məntəqələrində olacaqlarını vurğulayıb.

ADP sədri Sərdar Cəlaloğlu deyib ki, Ukrayna öz torpaqlarını işğaldan azad edəcək: “Əslində, Putin Ukraynada yaşayan rusların taleyinə qara xətt çəkdi, onları öz avantürasına cəlb etməklə, bu insanların Ukraynada yaşamasının qarşısını aldı. Ukrayna bir qarış torpağını da Rusiyaya vermək niyyətində deyil, dünya da bu əraziləri Rusiyanın torpağı saymır.

Rusiya bu əraziləri öz torpağına qatdığı andan bu ölkə dünyada sərhədləri tanın dövlət statusunu itirdi. Yəni Rusiya özünü beynəlxalq hüquqdan kənar subyektə çevirmiş oldu. Ona görə də burada çıxış yolu odur ki, Rusiyada ağıllı bir adam hakimiyyətə gəlsin və Putinin qərarlarını ləğv etsin, müharibə dayansın. Əks halda müharibə Rusiya param-parça olana qədər davam edəcək”.

TVMusavat-ın saat 15:00-da canlı efirində “Həftə içi”nin aparıcısı Emil Salamoğlu ekspertlərlə gündəmi müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com