Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya səfiri Polşa XİN-ə çağırılıb

Rusiya Federasiyasının Polşadakı səfiri Sergey Andreyev "DXR", "LXR", Zaporojye ve Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı XİN-ə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç TVN24 kanalının efirində deyib.

O həmçinin qeyd edib ki, görüş əsnasında Polşa tərəfi Rusiyanın Ukraynaya aid 4 regionu özünə birləşdirməsinə etirazını və bu qərarı müsbət qarşılamadığını bildirəcək.

"Rusiya ilə münasibətlər dondurulub, hər hansı bir diplomatik əlaqə yoxdur, mən və yaxud ölkənin xarici işlər naziri tərəfindən səfirin XİN-ə çağırılması xaric, heç bir görüş keçirilmir. Belə görüşlərdən biri də bu gün keçiriləcək. Rusiyanın atdığı addımlarla bağlı və 4 regionda keçirdiyi "referendum"larla əlaqədar olaraq bu ölkənin səfiri Andreyev yerli vaxtla saat 11:00-da XİN-ə çağırılıb", - Pşidaç qeyd edib.

Milli.Az