Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya Ukraynada avtomobil karvanını bombaladı - 25 ölü

Rusiya Ukraynada avtomobil karvanını bombaladı - 25 ölü

Rusiyanın Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan humanitar avtomobil karvanını bombalaması nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.

Qeyd olunub ki, 50 nəfər yaralanıb. 

Ukrayna Prezidenti Volodimir Zelenski hadisəyə münasibət bildirib.

“Düşmən qəzəblənir, öz uğursuzluqlarının və bizim yenilməzliyimizin qisasını almağa çalışır”, - dövlət başçısı teleqramda yazıb.

O qeyd edib ki, belə vəhşilikləri ancaq terrorçular törədə bilər: “Qarşı tərəf Ukrayna regionlarını çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən və pilotsuz uçuş aparatlarından atəşə tutur. Bu gecə Zaporojye, Nikolayev və Dnepr vilayətləri atəşə tutulub”.

V.Zelenskinin fikrincə, qarşı tərəfin sivil dünyada yeri olmamalıdır: “Onlar bütün insani keyfiyyətlərini itiriblər”.

Ukraynanın birinci xanımı Yelena Zelenskaya isə özünün tviter səhifəsində yazıb ki, bu, müharibə cinayətindən daha ağır hadisədir.