Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya Ukraynada daha 400 əsgərini itirdi

Ruisya ordusu ötən sutka ərzində 400 hərbçisini itirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiyanın itkiləri 56,7 min nəfərdən çox olub.

Bu günə olan Rusiya Federasiyasının digər döyüş itkiləri şərti olaraq belədir:

tanklar - 2275 (+13);
zirehli döyüş maşınları - 4832 (+25);
artilleriya sistemləri - 1368 (+7);
Reaktiv atəş qurğuları - 328 (+1);
hava hücumundan müdafiə sistemləri - 171 (+1);
təyyarə - 259 (+4);
helikopterlər - 220 (+1);
əməliyyat-taktiki səviyyəli pilotsuz təyyarələr - 966 (+10);
qanadlı raketlər - 241 (+1);
gəmilər / qayıqlar - 15 (+0);
avtomobil avadanlığı və tankerlər - 3701 (+20);
xüsusi avadanlıq - 130 (+3).
musavat.com