Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiyanın uduzduğu savaşlar...

Qərbin Rusiyanı Ukraynada məğlub etmək niyyəti, imperiyanın tarixindən uduzduğu və ya mənasız nəticə ilə bitmiş 12 savaşı xatırlatmağı zəruri edir... 

Ukrayna müharibəsi fonunda Rusiyanın hərbi zəfərləri və məğlubiyyətləri haqqında da çox danışılır. Qərbin indiki müharibədə Rusiyanı məğlub etmək niyyəti imperiyanın uduzduğu və ya  mənasız nəticə ilə bitmiş 12 savaşı xatırlatmağı zəruri edir.

  1. Fars yürüşü (1722–1723). Formal olaraq, hətta qələbələr sırasında sayılır. I Pyotrun ordusu tez bir zamanda Xəzərin cənub və qərb sahillərini ələ keçirdi. Amma bu ərazilərin saxlanması üçün əsgər və maddi xərclər çox yüksək oldu. Bu qəribə “fəth layihəsi” görünür, Hindistana gedən ticarət yolundan istifadə etmək istəyi ilə izah olunurdu. Amma əslində bu, Şimal müharibəsinin qalibiyyətlə başa çatmasından sonra imperiyanın ruhlanmasından və yeni ərazilər tutmaq niyyətindən irəli gəlirdi. Amma bu niyyət uğursuz oldu, Pyotrun ölümündən sonra tutulan ərazilərndən geri çəkildilər.

 

  1. Türkiyə ilə müharibə (1735-1739). Bu savaşda uğursuzluğun əsas səbəbi xarici siyasət planlarının düzgün qurulmaması idi. Belə ki, müharibədə Rusiya imperiyasının müttəfiqi Avstriya birdən-birə müharibədən çəkildi və Osmanlılarla sülh bağladı. Müharibə heç bir uduşunun olmayacağını görən Rusiya da Osmanlı ilə sülhə məcbur oldu.
  2. Yeddi illik müharibə (1756-1762). Böyük itkilər verən və bir neçə böyük döyüşdə qalib gələn Rusiya imperiyası nəticə etibarilə heç nə əldə etmədi. Rusiyanın bu illərdəki faktiki dünya müharibəsində niyə iştirakı etdiyi, məqsəd və vəzifələri heç vaxt aydın şəkildə ifadə edilməyib. Bu müharibə davam edən illərdə imperiyanın başına bir-birinin ardınca Yelizaveta, III Pyotr və II Yekaterina keçdi və onlar da öz baxışları, öz rəğbət və antipatiyaları ilə savaşa yön verdilər.

  3. İsveçlə müharibə (1788-1790). Müharibə III Qustavın keçmiş İsveç mülklərini geri almaq istəyindən başlamışdı. Amma gücünü hesablamadığı üçün Rusiyaya məğlub oldu. Rusiya isə müharibənin nəticəsi olaraq, əvvəlki savaşlarda qazandığı üstünlüklərdən məsələn, İsveç dövlət sisteminin qarantı, daxili işlərinə qarışmaq kimi statuslardan imtina etməli oldu, həmçinin bu dövlətə təzminat verməyə və hərbi borclarını ödəməyə razılaşdı.
  4. İkinci Anti-Fransa Koalisiyasında iştirak. Bu imperator I Pavelin Avropada hökmranlıq etdiyi, sözünün keçdiyini sübut etmək üçün başlatdığı tamamilə mənasız savaş kampaniyası hesab olunur. İmperator kürsüsündə Paveli əvəz edən I Aleksandr bu mənasız, həm də imperiyaya əlavə büdcə yükü yaradan layihədən dərhal çıxdı.
  1. Üçüncü və Dördüncü Anti-Fransız Koalisiyalarında iştirak (1805-1807). Aleksandr da imperiya kürsüsündə möhkəmlənən kimi Rusiyanın və özünün Avropada rolunu şişirtmək üçün qoşulduğu bu hərbi kampaniya iki il sonra Tilsit müqaviləsi ilə başa çatdı. Nəticədə Napoleon Rusiyanın kiçik tərəfdaşına çevrildi. Amma bu siyasi səhvi düzəltmək üçün sonradan onunla 1812-1814-cü illərdə vuruşmaq lazım gəldi.

  2. Krım müharibəsi (1853-1856). İmperiya taxtında oturmuş I Nikolay  Aleksandr kimi fövqəldövlət qurmaq təfəkkürünə malik olsa da, diplomatik bacarıqdan tamamilə məhrum idi. Bu səbəbdən də ona qarşı türklərlə bərabər fransızlar, ingilislər və italyalılar birləşdi. İmperator bu azmış kimi, avstriyalıların və prussiyalıların dəstəyinə ümid edərək geridönməz səhv etdi. Çünki onların Rusiya ilə ortaq maraqları yox idi, amma Nikolay nədənsə bunu başa düşə bilmədi, hərbi məğlubiyyət qaçılmaz oldu. Amma bu məğlubiyyəti o deyil, onun yerinə taxta oturmuş II Aleksandr tanıdı.
  3. Yaponiya ilə müharibə (1904-1905). Bu iki imperiyanın xarici torpaqları (Koreya və Mançuriya) ələ keçirmək üçün başladığı tipik müharibə idi. Mübarizə bitdikdən sonra Yaponiya və Rusiya tez bir zamanda dostlaşdılar, təsir dairələrini bölüşdülər və yola getməyə başladılar. Ancaq bundan əvvəl, aşırı imperiya imperiyası düşüncəsi ucbatından Rusiya Saxalinin yarısını itirməyə məcbur olmuşdu...
  4. Birinci Dünya müharibəsində iştirak (1914–1918). Çarın ölkəni sürükləndiyi müharibə nəticəsində imperiya çoxsaylı insan itkisi verdi, bolşeviklər isə bu müharibənin bədəlini Brest sülh müqaviləsini imzalamaqla ödədi. Bu, imperiya tarixində ən sarsıdıcı məğlubiyyəti idi.

  5. Polşa ilə müharibə (1919-1921). Bolşeviklərin imperiyanı yenidən qurmaq üçün çox tələsik səylər böyük uğursuzluğa səbəb oldu.
  6. Koreya müharibəsi (1950-1953). Rusiya imperiyasının yerində qurulmuş SSRİ rəhbəri Stalinin müvəffəqiyyətdən başı gicəlləndi və Şimali Koreya ilə Cənubi Koreyaya arasında müharibədə tərəf olmağa qərar verdi. SSRİ rəsmən müharibədə iştirak etməsə də, Şimali Koreya tərəfindən hərbi koalisiyasının maliyələşdirilməsinin və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürdü. Eyni zamanda, Stalinin nəzərində bu savaşda “heç-heçə” uğursuzluq kimi görünürdü və barışıq da yalnız onun varisləri tərəfindən bağlandı.

  7. Əfqanıstan müharibəsi (1979-1989). Burada artıq imperiya səhvlərinin bütün toplusu var: liderlərin qeyri-adekvatlığı, işğal kampaniyasının əsaslandırılmasının zəifliyi və səriştəsizlik. Sovet imperiyası üçün bu sonuncu sınaq oldu.
  8. Rusiya-Ukrayna müharibəsi.(2022-...)


Orxan ƏLİYEV,
Musavat.com

Nazim SABİROĞLU