Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Şəhərlərarası sərnişindaşımada köhnə avtobuslardan istifadə edilir -

Şəhərlərarası işləyən bəzi avtobus və mikroavtobusların ümumiyyətlə kondisioner sistemi olmur, bəzilərinin isə istehsal tarixi 1990-2000-ci illərə aid olur.

Milli.Az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə müsahibəsində nəqliyyat eksperti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yaradılan müsabiqə komissiyanın üzvü Elməddin Muradlı deyib.

O bildirib ki, bir neçə dəfə avtobus marşrutları ilə bağlı keçirilən müsabiqədə nəqliyyat eksperti kimi iştirak edib. Elan edilən müsabiqələrdə iştirak edən hüquqi və fiziki şəxslər yeni xətlərdə işləmək üçün müxtəlif növ nəqliyyat vasitələri təqdim edirlər: "Ancaq narahatedici məqam ondan ibarətdir ki, avtobus parkının yenilənməsinin gündəmdə olduğu bir vaxtda sərnişindaşıma sahəsində hələ də köhnə nəqliyyat vasitələri istismar olunur".

Ekspert deyib ki, müsabiqədə komissiya üzvləri alternativ seçim edə bilmirlər. Çünki müsabiqədə bir xətt üzrə yalnız bir daşıyıcı şirkət iştirak edir. Ona görə də məcburən köhnə nəqliyyat vasitələrinin xəttə çıxmasına icazə verilir. Bu isə həm yol hərəkəti təhlükəsizliyi, həm də sərnişinlərin rahatlığı baxımından narahatlıq doğuran haldır.

Elməddin Muradlı bu kimi halların qarşısını almaq və avtobus parkının yenilənməsi üçün bir neçə təklif irəli sürüb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az