Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Sağlam gələcək": uşaqlarımızın sağlam gələcəyi naminə layihəsi davam edir

"Sağlam gələcək": uşaqlarımızın sağlam gələcəyi naminə layihəsi davam edir

"Salam Doktor" onlayn tibb klinikası və 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə 28 iyun 2022-ci il tarixində başlayan "Sağlam gələcək" layihəsi davam edir.

Layihə çərçivəsində uşaqların sağlamlığı və qulluğu ilə bağlı bütün suallara cavab tapmaq üçün hər bir şərait yaradılıb. 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə doğum şəhadətnaməsi üçün müraciət edən valideylərə pediatrın ödənişsiz onlayn konsultasiyası, körpələr üçün isə hədiyyələr təqdim edilir. Valideynlər audio və ya videozəng vasitəsilə pediatrla əlaqə saxlaya bilirlər.

Artıq 3 aya yaxın davam edən layihə müsbət rəylər alır. "Salam Doktor"un pediatrları operativ şəkildə onlayn tibbi xidməti göstərərək uşaqların sağlamlığı barədə konsultasiya edirlər, valideynlər isə böyük maraqla və minnətdarlıqla onlara təqim olunan hədiyyələri qəbul edirlər. Bu səbəbdən də layihəni 2 ay daha  uzatmaq qərarı verildi.

"İnanırıq ki, bu layihə uşaqlarımızın sağlam gələcəyinə öz töhfəsini verəcək" -deyə "Salam Doktor" onlayn klinikasının baş pediatrı Səlimə Əzizova saytımıza müsahibəsində  bildirib.

Qeyd edək ki, 30 noyabra qədər davam edəcək "Sağlam gələcək" layihəsinin əsas məqsədi gənc valideynlərə sağlam körpə böyütməyə dəstək olmaq, bu mövzuda onların istənilən sualını cavablandırmaqdır.