Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Saxlanılmamışam, hazırda vəzifəmi icra edirəm"

Hirkan Milli Parkının direktoru Aqil Sucayev milli parkda aparılan araşdırmalarla bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına Hirkan Milli Parkı ərazisində qanunsuz ağac kəsilməsi ilə bağlı məlumat daxil olub:

"Məsələ ilə bağlı hüquq mühafizə orqanları məni dəvət etdilər. Hadisə barədə mənim də izahatım alındı. Mənim saxlanılmağım, həbs olunmağımla bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Mən saxlanılmamışam, hazırda vəzifəmi icra edirəm. Sadəcə ağac kəsintisi ilə bağlı müəssisə rəhbəri kimi mən də dəvət olunmuşam, izahat vermişəm.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə direktor bildirib.

Milli.Az