Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Şimal axını"nda qaz sızması ekoloji fəlakətə səbəb ola bilər - "Bloomberg"

“Şimal axını” kəmərinin partlaması baş verən yerdə 700 metr fışqıran su boşluğu yaranıb. Bu, ekoloji fəlakətdən xəbər verir.

Bu barədə Publika.az "Bloomberg"ə istinadla xəbər verir.

"Bu, Rusiyanı Avropaya birləşdirən boru kəmərlərindən 3 əsas qaz sızması arasında ən aydın görünür", - agentlik bildirib.

Almaniyanın hesablamalarına görə, tullantılar nəticəsində atmosferə 300 min tona yaxın metan daxil olub. Bu istixana qazı ən güclülərdən biridir.

Materialda vurğulanır: “Bu qaz miqdarı 20 il ərzində iqlimə təxminən ABŞ-da 5,48 milyon avtomobilin illik emissiyaları ilə eyni təsir göstərəcək”.

Xatırladaq ki, sentyabrın 27 -də “Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərində üç qaz sızması ilə bağlı məlum olub .

ABŞ bu hadisələrdə iştirak etmədiyini bəyan edib .

Avropa Baltik dənizində qaz kəmərlərinin partlamasının Rusiyanın iştirakı olmadan baş vermədiyindən şübhələnir.

Hüseyn İbadlı