Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Şirkət şirniyyat yemək üçün ildə 100 min dollar təklif edir

"Candy Funhouse" onlayn qənnadı mağazası ildə 100 min Kanada dolları (təxminən 77 500 ABŞ dolları) maaş alan "baş konfet mütəxəssisi" axtarışını elan edib.

Milli.Az bildirir ki, bu barədə CNN məlumat yayıb.

İş təsvirinə görə, işçinin vəzifələrinə "ayda 3,5 mindən çox məhsul yemək, konfet siyahısının təsdiqlənməsi, konfet şurasının iclaslarının keçirilməsi... və digər əyləncəli şeylər" daxildir. Aydınlaşdırılıb ki, vəzifə beş yaşına çatmış hər kəs üçün mümkündür və iş təcrübəsi tələb olunmur. Tələblərə yaradıcı ağıl, mükəmməl ünsiyyət bacarıqları, ingilis dili biliyi və qida allergiyasının olmaması daxildir.

Firmanın baş direktoru Camal Hejazi deyib: "Uşaqlıqda konfetlə bağlı bütün yaxşı cəhətləri xatırlayın və bunu hər gün işdə etdiyinizi təsəvvür edin". O, həmçinin qeyd edib ki, bütöv ailələrin dequstasiya vəzifələrini və maaşlarını bölüşməyi təklif etdiyi əlavə edilmiş videolarla vəzifə üçün müraciətlərin sayı onu təəccübləndirib.

"Candy Funhouse" 2018-ci ildə təsis edilib. Ona dörd bacı və qardaş rəhbərlik edir. Hejaziyə görə, COVID-19 pandemiyası zamanı əhəmiyyətli dərəcədə artmış 2021 satışları 15 milyon dollardan bir qədər az idi.

İrfan Vəliyev
Milli.Az