Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sultan Alparslan və Malazgirt meydan savaşı! - Günay Hüseyn Əsgərli ilə “Qızıl Alma”

1071-ci il Malazgirt zəfərindən sonra xristian Avropa ilə müsəlman Şərqi arasında tampon bölgə olan Bizans inperiyası Anadolunu türklərə təslim etmək məcburiyyətində qalmışdı. Xristianlar türklər tərəfindən gələn təhdidi başa düşürdülər. Onlar bunu nəzərə almaya bilməzdilər.

Qüdsü türklərdən geri almaq üçün səlib yürüşü 1095-ci ilin noyabrında Papa II Urbanın Fransanın Klermon şəhərində Bizans İmperiyasındakı Avropanın xristian qardaşları adından alovlu müraciəti ilə başladı. O, öz dinləyicilərinə Yerusəlimə gedərkən guya zəvvarların aldıqları təhqir və xəsarətlər barədə məlumat verdi. Onun sözlərinə görə, Xristian Qərb öz şərqli qardaşlarını xilas etmək və Qüdsü azad etmək üçün dərhal yürüş etməlidir. Bəziləri ilk səlibçi olacaq fransız şəhər əhalisi Qüdsü geri almaq planını yüksək səslə alqışlayaraq “Deus le volt (Allah istəsə)!” deyə qışqırdılar.

“Şərqdə yaşayan qardaşlarınızın təcili yardımınıza ehtiyacı var və siz onlara tez-tez vəd edilən yardımı verməyə tələsməlisiniz” - dedi papa. “Türklər və ərəblər onlara hücum edərək Yunan ərazisini zəbt etdilər. İstər quruda, istər dənizdə, istərsə də bütpərəstlərlə döyüşdə yolda ölənlərin hamısı, günahları dərhal bağışlanacaq. Haqsız yerə möminlərlə şəxsi döyüşə adət etmişlər indi kafirlərə qarşı çıxsınlar və çoxdan başlamalı olan bu müharibəni qələbə ilə bitirsinlər”.

Avropa zadəganları da səlib yürüşünə qatılmağa can atırdılar, liderlər arasında italyan şahzadəsi Tarantolu Bohemonun adı xüsusi qeyd olunmalıdır. Və xaçlı səfərlərinin başlanğıcı qoyuldu. 1096-cı ildə Papanın çağırışı ilə ayrı ordu Konstantinopola doğru çxmağa başladı. Bu sırada müsəlmanların tam birlik içində olduğu da söylənməz.

Anadoluda bəyliklər, fatimilər, səlcuqlu dövlətlərinin münasibətləri yaxşı deyildi. Fatimilərin şiəliyi yaymaq istəyi İslam dünyasıda iki tirəliyə səbəb olmuşdu. Xaçlılar yola çıxdıqlarında yol üstündə olan xristian kənd və şəhərlərə də hücum edirdilər.

Ordunun dörddə biri hədəfə çatmadan daha öldürülmüşdü. Ordu Avropanın özü üçün təhdid halına gəlmişdi. Bu sırada dövlətlərin özləri Avropaya göndərmək üçün nizami güclü ordu qurulmasına çalışırdı.

Anadoluya çatan ordu birinci İzmiti mühasirərə alıb ələ keçirdi. Daha sonra Yalovaya çatdılar. İmperator Aleks onlara ikinci ordu gələnə qədər Yalovada qalmağı təklif etmişdi. Lakin xaçlılar sakit durmur, ətrafdakı xristian və müsəlman kəndlərində soyğunçuluq edirdilər. Xaçlılar Səlcuqlu paytaxtı İznikə hücum üçün yola çıxdılar. Yalovaya doğru yol ətrafı meşə olan bir yoldan keçirdi. Səlcuqlar artıq pusqu qurmuşdular. Vadidən keçərkən səlcuqlu birliklərinin ox atışına məruz qaldılar. Bu, böyük bir qarışıqlığa və xaçlı orusunun qaçmasına səbəb oldu. Ancaq səlcuqlu ordusunun atlı dəstələri onların demək olar ki, hamısını öldürdü. Sağ qalanalar Bizans gəmilərinə minərək qaça bildilər.

Xaçlılar Anadolunun asanlıqla ələ keçirilə bilməyəcəyini anlamışdı. İkinci ordu daha təmkinli davranmağa qərar verdi. İkinci ordu Bizansa çatanda imperator onları qəbul etdi. İmperatorun məqsədi Anadolunu xaçlılar vasitəsilə türklərdən təmizləmək idi. Xaçlı orusunun əsas hədəfi isə Qüdsü ələ keçirmək idi.

Xaçlıların İznikə doğru irəlilədiyi xəbəri sultan Kılıçarslana çatdı. Kılıçarslan əvvəlcə bu təhlükəni ciddiyə almadı və fəth etməyə çox yaxın olduğu Malatya şəhərini davam etdirmək istədi. Lakin elçilər çox güclü bir ordunun onlara doğru gəldiyini bildirmişdilər. Bu xəbər üzərinə Sultan Malatya şəhəri uğrunda vuruşduğu Danişmənd sülaləsinə ittifaq təklif etdi. Danişməndlər Səlcuqlularla Səlibçilərə qarşı birləşdi. Səlibçilərə qarşı döyüş, rəqabətdə olsa da, müqəddəs sayılırdı. İstanbuldan yola düşən səlibçi orduları qısa müddətdə İznikə çataraq şəhəri mühasirəyə aldılar. Sultan Kılıçarslan Bütün Anadoluya göndərdiyi qasidlərlə əsgər sayını maksimuma çatdırmağa çalışırdı. İznik xaçlılar tərəfindən ələ keçirildi. Lakin şəhər Bizans qoşunlarının ixtiyarına keçdi və buna görə şəhəri talaya bilməyən xaçlılar 26 iyunda Bizanslılara qarşı düşmənçiliklə Anadoluya doğru yürüşə başladılar. Yol boyu bütün orduya nəzarət edə bilməyəcəklərini böyük itkilərlə başa gəlmiş, Bizans imperiyasının türk və müsəlmanları Anadoludan məqsədlərinə çatmasına mane oldu. Hər şey daha yeni başlayırdı.