Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sürücü sükan arxasında yuxuya gedib

Belçikada 41 yaşlı kişi sükan arxasında yuxuya gedib və oyanmadan 25 kilometr yol qət edib.

Milli.Az bildirir ki, bu barədə "Times Now News" xəbər verir.

Hadisə avqustun 14-də Belçikanın Leuven şəhərinə gedən yolda baş verib. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil sabit sürətlə hərəkət zolağı ilə soldan sağa dəyişirdi. Yuxuda maşın sürən sürücü haqda təcili yardım və polisə xəbər verilib.

Maşını saxlayanda polis həmin şəxsin hələ də yatdığını müəyyən edib. Tibbi ekspertiza onun xəsarət almadığını təsdiqləyib.

Hüquq-mühafizə orqanları qəzanın qarşısının avtomatlaşdırma sayəsində alındığından şübhələniblər. Maşın hərəkət zolağından kənara çıxmağın qarşısını alan zolaq saxlama sistemi ilə təchiz edilib. Bu arada, kruiz kontrol sabit sürəti qoruyub.

İrfan Vəliyev
Milli.Az