Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Şüvəlanda yanğın söndürülüb

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Milli.Az FHN-ə istinadən xəbər verir.

İlkin məlumata əsasən, təqribən 700 m² sahədə məişət tullantıları yanıb.

--------

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az