Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

TƏCİLİ: Putin bu dəqiqələrdə Ukraynanı rəsmən parçalayır - CANLI

Rusiya Donetsk, Luqansk, Xerson və Zaporojyedə keçirdiyi "referendumun" "nəticələri" elan edildikdən sonra Moskva hərəkətə keçib. İlk rəsmi addım Xerson və Zaporojye vilayətlərinə atılıb. Rusiya Prezidenti Vladimir Putin 2 vilayətin müstəqil ərazilər kimi tanınması haqqında fərman imzalayıb.

Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil olmasına dair sazişlər sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtilə 16:00) Böyük Kreml Sarayının Georgi zalında imzalanacaq.

Britaniyanın “İndependent” qəzetinə istinadən xəbər verir ki, gərginliyin pik həddə çatdığı bir vaxtda Kiyevdən Moskvaya cavab gəlib.

Ukrayna lideri Volodimir Zelenski hədələyici bəyanatla çıxış edib. O, Rusiyanın bu addımına “çox sərt” qarışılıq verəcəklərini açıqlayıb.

ABŞ prezidenti Cozef Bayden də Birləşmiş Ştatlar Rusiyanın Ukraynanı ilhaq etmək cəhdini “heç vaxt” qəbul etməyəcəklərini bildirib.

“Bu saatlarda Liman ətrafında çox güclü döyüşlər gedir. Biz bu ərazini itiririk. Amma bu o demək deyil ki, təslim olduq. Yaxşı cavab planımız var”. Bu sözləri “Rossiya 1” telekanalının efiri zamanı canlı yayıma çıxan qondarma “dxr”in “Şərq” batalyonunun komandiri Aleksandr Xodakovski deyib.

“Limanı geri qaytarmaq Ukrayna Silahlı Qüvvələrinin əsas hədəfi idi. Onlar bunu etmək üçün addım-addım irəliləyirdilər. Biz əlimizdən gələni edirik, amma onlar inadkarcasına hücumlara davam edirlər. Bu ərazini ələ keçirmək Ukraynanın gələcək hücumlarına böyük imkanlar yaradır. Bu şəhərin itirilməsi bizə güclü zərbədir. Amma bu məğlubiyyətimiz müharibəni tam uduzmağımız demək deyil”, - deyə komandir qeyd edib.

TVMusavat-ın saat 16:00-da canlı efirində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com