Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Taxıl dəhlizi" vasitəsilə Ukrayna 6 milyon ton məhsul ixrac etdi

Taxıl dəhlizi” işə başlayandan bəri Ukraynanın 6 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 261 gəmi Ukrayna limanlarını tərk edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

"Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində oktyabrın 3-də Ukrayna ərzaq məhsulları ilə dolu daha 4 gəmi “Odessa” limanını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 77,4 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Afrika və Avropa ölkələrinə yola salınıb.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.