Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

TikTokda 100-dək şəxsi aldadan qadın tutuldu

Polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən Qasımova Vüsalə Rizvan qızı saxlanılaraq məsuliyyətə cəlb edilib.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Vüsalə Qasımova isə etiraf videosunda qeyd edib ki, “Instagram” və “TikTok” sosial şəbəkələrində 80-100 nəfərə yaxın şəxsin onlayn lotereya oynamaq adıyla 200 manatını alaraq aldadıb,

Araşdırmalar davam etdirilir.