Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Tribuna azarkeşlərlə birlikdə uçdu

Çilinin paytaxtı Santyaqoda, Monumental stadionunda fövqəladə hadisə baş verib.

Publika.az xəbər verir ki, "Kolo-Kolo" klubunun açıq məşqi zamanı azarkeşlərin yerləşdiyi tribunanın bir hissəsi dağılıb.

Podiumda reklam və bannerlərin yerləşdirilməsi üçün struktur quraşdırılıb. Çoxsaylı pərəstişkarlar konstruksiyaya qalxdıqdan sonra o, dözə bilməyib və onlarla birlikdə çöküb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

“Kolo-Kolo” Çilinin ən titullu futbol klubudur, o, 32 dəfə ölkə çempionu olub.

Hüseyn İbadlı