Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Türkiyədə güclü zəlzələ: dağıntı və xəsarət alanlar var

Türkiyənin Ərdahan əyalətinin Gölə rayonunda qeydə alınmış 5 bal gücündə zəlzələ dağıntılara səbəb olub.

Publika.az xəbər verir ki, zəlzələ zamanı Kiçik Altunbulak kəndində 8 ev və ətraf kəndlərdə bəzi tikililərin divarları uçub. Kənddə 1 nəfərin üzərinə daş parçaları düşüb. Yaralı təcili yardım maşınıyla xəstəxanaya aparılıb.

Kəndin bəzi yerlərində qaya parçaları zəlzələnin təsirindən yola dağılıb.

Bundan başqa, bir neçə kənddə tövlələr dağılıb.

Qeyd edək ki, digər informasiya agentlikləri yeraltı təkanların 6,8 bal gücündə qeydə alındığını, zəlzələ ocağının 7 kilometr dərinlikdə yerləşdiyini bildiriblər.

Zəlzələ Ərdahan şəhərinin mərkəzində, Şenkaya rayonunda, Qarsda da hiss olunub. ("Report")