Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Türkiyədə polis şöbəsinə hücum edən terrorçular Suriyadan paramotorla gəlib - YENİ VİDEO

Sentyabrın 26-da Türkiyənin Mersin şəhərində terror aktı baş verməsi barədə xəbər  vermişdik.

Musavat.com xəbər verir ki, hücum zamanı Türkiyənin bir polisi şəhid olub.

Sözügedən terror aktı ilə bağlı yeni detallar məlum olub. Türkiyənin Daxili işlər naziri Süleyman Soylu terrorçuların Suriyadan Mersinə paramotorla gəldiyini açıqlayıb. Bu açıqlamadan bir neçə saat sonra paramotorun hissələri tapılıb.

Aparılan ilkin araşdırmalar nəticəsində sözügedən paramotorun iki nəfərlik daşıma qabiliyyətinə malik və  İtaliya mənşəli “FLY Products Brand ECO 2 Light” model olduğu müəyyən edilib.

Paraşüt şəkilli qanadları olan 3 təkərli şassi konstruksiyası ilə yerdən qalxıb enə bilən paramotorun geniş qanad quruluşu sayəsində yüksək hündürlüklərə çıxa bildiyi,  eyni zamanda 2 nəfərlə yanaşı yük də daşıya biləcəyi müəyyən edilib. Terrorçuların paramotorun aşağı və yan hissələrinə xüsusi əlavələr etdiyi və burad silah, partlayıcı və.s bu kimi əşyaların daşınması üçün istifadə edildiyi bildirilib.

Musavat.com

Mənbə: https://www.haberler.com/