Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ukrayna ordusu Xersonda 1 helikopter, 2 tank, 40 hərbçi məhv etdi

Ukrayna Silahlı Qüvvələri cənubda rus ordusuna məxsus Ka-52 helikopterini, 40 hərbçini və 2 tankı məhv edib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı bildirib.

“Təyyarəmiz rus ordusuna 7 zərbə endirib, Ka-52 hücum helikopteri Berislavski rayonunda zenit müdafiə qüvvələrimiz tərəfindən vurulub. Raket və artilleriya bölmələri tərəfindən 340-dan çox atəş missiyası yerinə yetirilib. 40 reaktiv yaylım atəşi qurğusu, 2 tank və 7 digər zirehli texnika məhv edilib”, - məlumatda deyilir.

Bundan başqa, ötən gün Ukrayna ordusu rus ordusunun beş komanda məntəqəsini, üç sursat anbarını və canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 14 ərazini darmadağın edib.

Luqansk rəhbəri Sergey Qayday deyib ki, Limandan sonra Ukrayna Silahlı Qüvvələri Kremennayanı azad edəcək. Sonra qoşunlar Severodonetsk, Lisiçansk və Rubejnoe şəhərlərinin “üçbucağına” doğru hərəkət edə bilər.