Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ukraynadan Belarusa XƏBƏRDARLIQ: "Cavab gözlənilməz olacaq"

"Rusiya Prezidenti Vladimir Putin hər gün Belarus lideri Aleksandr Lukaşenkoya Ukraynaya qarşı müharibəyə qoşulması üçün təzyiq edir".

Bu barədə Publika.az Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksiy Danilovun "Nastoyaçemu vremını"ya müsahibəsinə istinadla xəbər verir.

Onun sözlərinə görə, Ukrayna Putinin Lukaşenkoya mütəmadi təzyiqindən xəbərdardır. Soçidəki son görüş də bu mövzuda olub.

“Amma əgər qoşunlar fevralın 24-də olduğu kimi Belarus tərəfdən yürüş etsələr, onlar gözləmədikləri cavabı alacaqlar”, - Danilov bildirib.

Lakin Milli Təhlükəsizlik Şurasının katibi Lukaşenkonun belə bir qərar verəcəyini düşünmür.

Xatırladaq ki, daha əvvəl Britaniya kəşfiyyatı Ukrayna üçün təhlükəni Belarus tərəfdən qiymətləndirmişdi.

Həmçinin Belarus Ukraynaya hücum etməyəcəyinə söz verib. Lakin məhz Belarus ərazisindən Ukraynanın suveren ərazisinə genişmiqyaslı müdaxilə başlayıb.

Sentyabrın əvvəlində Lukaşenko Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsini müdafiə edib, lakin o, Belarusu döyüşə aparmayacaq.

Hüseyn İbadlı