Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Van Dammın oğlu azərbaycanlı xanımı və baldızları ilə BİR ARADA -

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristofer pianoçu həyat yoldaşı ilə bağlı paylaşım edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Kristofer Bakıda olduğu zaman Suadanın ailəsi, xüsusi ilə onun bacıları ilə yaxından tanış olub.

Ulduzun oğlu onlarla çəkilən xatirə fotosunu sosial şəbəkə hesabında paylaşıb. Kristofer yayımladığı şəkillərə "sisters" (bacılar - red.) qısa şərhini yazıb. 

Həmin fotoya isə Suada "Çox şadam ki, onlara ailədə sənin kimi bir qardaş əldə etmək nəsib oldu. Səni sevirəm" şərhini qeyd edib.

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.

Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 

Milli.Az