Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Vardanyanı hakimiyyətə gətirsələr..." - Politoloq Qarabağda gedən proseslərdən danışdı

"Qaranlıq yollarla çirkli pulları yuyan, bununla da milyonların sahibi olan Ruben Vardanyan yalançı vətənpərvərlik şüarları altında bölgəyə gəldi və indi də əgər baş tutarsa, vəzifəyə gələ bilər. Bu isə onu göstərir ki, həm Rusiyanın, həm də bəzi Qərb dövlətlərinin təsiri ilə Qarabağ problemi yenə də siyasi gündəmə çıxarılır."

Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində politoloq Qabil Hüseynli deyib. 

Politoloq qeyd edib ki, bu siyasi gündəm bütövlükdə bölgədə sülh yaratma proseslərinə müəyyən əngəllər törədə bilər: "Mən ona görə müəyyən əngəllər deyirəm ki, ermənilərin könlündən 100 fikir keçsə də, bu fikirləri reallaşdırmaq onlara nəsib olmayacaq və Azərbaycan bütün təxribatların qarşısını ala biləcək".

Ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Tv Musavat "Youtube" linki: https://www.youtube.com/user/TVmusavat

Musavat.com