Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xəyanətin üstü görün necə açıldı

Böyük Britaniya sakini Cessika Louman iddia edib ki, ağıllı dinamik Aleksa tərəfindən edilən səs yazıları ona xəyanət edən sevgilisini ifşa etməyə kömək edib.

Milli.Az bildirir ki, onun hekayəsi "The Mirror" paylaşıb.

Louman səs yazılarını "Alexa control" mobil proqramında aşkar edib. Onları dinlədikdən sonra sevgilisinin başqa qadınla münasibəti olduğunu anlayıb.

Səsyazmaların birində tanımadığı qadın səsi deyir: "Aleksa, sən nə edirsən? Migelin "Play Power Trip" mahnısını qoy". Ehtimal ki, əvvəlcə onun sahibi dinamikdən necə istifadə edəcəyini başa düşməyib, sonra isə ona mahnı qoymağı əmr edib.

Britaniyalı TikTok-da aşkar etdiyi tapıntıdan danışıb və Aleksanın etdiyi qeydləri paylaşıb. "Keçmiş sevgilimi aldadarkən belə tutdum. Aleksanın bütün səs yazılarını saxladığını bilmirdim", - o deyib.

Video viral olub və 2,6 milyon baxış toplayıb. Digər istifadəçilər cihazın funksiyası ilə maraqlanıb və bunu öz sevgililəri ilə sınaqdan keçirəcəklərini bildiriblər. Onlardan bəziləri zarafat edərək Aleksanın bu xüsusiyyəti ilə qadınlara kömək etdiyini bildirib və söz veriblər ki, indi yaxınlarına hədiyyə olaraq ağıllı dinamik alacaqlar.

İrfan Vəliyev
Milli.Az