Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xabarovskda məktəblərdən səfərbərliyə yararlı müəllimlərin siyahıları tələb edilib

Rusiyanın Xabarovsk vilayətində məktəb rəhbərliyindən səfərbərlik üçün yararlı müəllimlərin siyahılarını tərtib etmələri tələb olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Xabarovsk vilayətinin deputatı Vasili Xaritonov məlumat verib.

V.Xaritonovun sözlərinə görə, Xabarovsk administrasiyası məktəb direktorlarına və onların müavinlərinə “işdən çıxarmağa və cəbhəyə göndərməyə hazır olduqları” hərbi xidmət keçməli olan işçilərin siyahılarını təqdim etməyi əmr edib.

Qeyd edək ki, Belqorod vilayətində hərbi xidmətə cəlb oluna biləcək müəllimlər haqqında məlumatların verilməsi də tələb olunub. Çuvaşiyada müəllimlərdən hərbi biletlə direktorun yanına getməyi tələb ediblər.

Pskov vilayətində bir deputat müəllimlərin səfərbərlikdən azad edilməsini təklif edib və regionda artıq pedaqoji kadr çatışmazlığına diqqət çəkib.

Musavat.com