Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

XİN rəhbərlərinin geniştərkibli görüşü başladı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səudin təkbətək görüşü başa çatıb.

Publika.az xəbər verir ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

xxx

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

Daha sonra nazirlər tərəflər arasında diplomatik münasibətlər qurulmasının 30 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar.

Səudiyyə Ərəbistanı XİN başçısının səfərində məqsəd tərəflər arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.