Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Zelenski Ali Baş Komandan Qərargahının iclasını keçirib

Zelenski Ali Baş Komandan Qərargahının iclasını keçirib

Ukrayna prezidenti Vladimir Zelenskinin sədrliyi ilə Ali Baş Komandan Qərargahının iclası keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Xəbərdə əməliyyat bölgələrinin qoşun komandirlərinin hesabatlarının dinləndiyi, ərazilərin işğaldan azad edilməsi üçün növbəti planların nəzərdən keçirildiyi vurğulanıb.

Prezident Zelenski Ukrayna müdafiəçilərinin vəziyyətə nəzarət etdiyini söyləyib.

İclasda müdafiə naziri Aleksey Reznikov, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, daxili işlər naziri Denis Monastırski, xarici işlər naziri Dmitri Kuleba, infrasruktur naziri Aleksandr Kubrakov, hüquq-mühafizə orqanlarının və maddi-texniki təminat qüvvələrinin rəhbərləri, həmçinin prezident aparatının rəhbəri Andriy Yermak və Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov iştirak ediblər.

Ukrayna Silahlı Qüvvələrinin Quru qoşunlarının komandanı Aleksandr Sırski, “Qərb” qrupunun komandanı Sergey Litvinov, “Cənub” qrupunun komandanı Andrey Kovalçuk və Sərhəd Mühafizə Xidmətinin rəhbəri Sergey Deyneko görüşə videobağlantı ilə qoşulub.

Musavat.com