Azerbaijan

Abşeronda da reyd keçirildi -

Abşeron rayonu ərazisindəCOVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirilib ki, bu reydlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniştərkibli respublika videomüşavirəsində verilən tapşırıqlara uyğun şəkildə reallaşdırılıb. Abşeron Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət qruplar yaradılıb. Rayon ərazisində gündüz saatlarında 120 nəfərdən ibarət piyada, gecə saatlarında 50 nəfər piyada və 8 avtomobil patrul xidməti aparır. Reydlər zamanı fəaliyyətinə icazə alınmayan iaşə obyektləri aşkar edilmiş, eyni zamanda fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində sakinlərlə maarifləndirmə işləri aparılmış, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib və Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilib. Patrul qruplarının əməkdaşları tərəfindən təbliğat işləri aparılıb, bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib. Eyni zamanda, reyd zamanı yaşayış yerini icazəsiz tərk edən vətəndaşlar da aşkar edilmiş, onlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülmüşdür.

Milli.Az

Football news:

Vertonghen, Everton and Waldschmidt moved to Benfica
In 2008, an Asian Leopard was built in Uzbekistan. Even Rivaldo came and paid the team out of his own pocket a year later
Borussia Dortmund can rent Reinier from Real Madrid
Loko fans about support at matches: we Consider it a mistake to remain silent about disagreeing with the management's policy
Ex-Sunderland midfielder Cattermole has finished his career. He did not leave the club even after relegation to the 3rd division
Xavi: Racism, sexism and other forms of discrimination must be eradicated by stopping games
Javier Mascherano: Messi is the main reason why Barcelona can beat any team