Azerbaijan

Abşeronda koronavirusla əlaqədar reyd keçirildi - FOTO

Abşeron rayonu ərazisindəCOVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, bu reydlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniştərkibli respublika videomüşavirəsində verilən tapşırıqlara uyğun şəkildə reallaşdırılıb.

Abşeron Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət qruplar yaradılıb. Rayon ərazisində gündüz saatlarında 120 nəfərdən ibarət piyada, gecə saatlarında 50 nəfər piyada və 8 avtomobil patrul xidməti aparır.

Reydlər zamanı fəaliyyətinə icazə alınmayan iaşə obyektləri aşkar edilmiş, eyni zamanda fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində sakinlərlə maarifləndirmə işləri aparılmış, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib və Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilib.

Patrul qruplarının əməkdaşları tərəfindən təbliğat işləri aparılıb, bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib. Eyni zamanda, reyd zamanı yaşayış yerini icazəsiz tərk edən vətəndaşlar da aşkar edilmiş, onlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb.

Football news:

Marotta on the match with Bayer: I am very optimistic. Inter wants to win the Europa League
Manchester United are unhappy with the way Borussia was leading the negotiations for Sancho. The Germans did not want to communicate directly
Liverpool have announced the purchase of defender Tsimikas from Olympiakos
Bordeaux appointed ex-assistant Blanc Gasse as head coach
Sterling on the win over Real Madrid: Manchester City were incredibly hungry. We have the strength to succeed in the Champions League
Galliani about Pirlo in Juve: Andrea was laughing like a madman when I called to congratulate him
Villarreal will pay no more than 20 million euros for Valencia captain Parejo and midfielder Coquelin