Azerbaijan

Ağacları zədələyən şəxs cəzalandı

Bakının Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi 22A ünvanında ağacların zədələnməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Milli.Az-ın məlumatına görə, Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda fərdi yaşayış evinin tikintisi məqsədilə qəsəbə sakini Məmməd Ramazanov tərəfindən qanunsuz olaraq 3 şam ağacının gövdəsinin üst hissəsindən budandığı məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib edilib və o, 600 manat məbləğində cərimələnib.

R.Bağırovun sözlərinə görə hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün M.Ramazanova "məcburi göstəriş" verilib.

Milli.Az

Football news:

Giggs on bale at Tottenham: Now we can see him play every week
Tottenham loan Vinicius from Benfica. He was the top scorer last season in Portugal
Hudson-Audrey wants to move to Bayern. The club has been trying to sign him since January 2019
Neuer on winning the German super Cup: scoring 3 goals is always impossible. Fortunately, Kimmich scored
Vasin's agent that the ex-coach of Khimki Gunko refused the player: I don't know anything about it. Maybe he was offered a taxi driver
Shomurodov will sign a 4-year contract with Genoa. Medical check - up-on Friday
Vinicius was offside, but the ball was last touched by a Valladolid defender. Ex-referee Andujar Oliver on Real Madrid's goal