Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ajda Pekkan Qənirə Paşayevanın vəfatından YAZDI -

Türkiyənin superstarı Ajda Pekkan ötən axşam vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətkar sosial şəbəkə hesabında illər əvvəl Bakı səfəri zamanı mərhumla  çəkilən fotosunu yayımlayıb.

Pekkan Q.Paşayevanın itkisindən sarsıldığını bildirib:

"Türk dünyasında yeri doldurulmayacaq çox dəyərli dostum, Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Çox dəyərli insan idi. Məkanı cənnət olsun. Azərbaycanımız başda olmaqla bütün türk dünyasının başı sağ olsun".

Qeyd edək ki, Q.Paşayeva ötən axşam 48 yaşında müalicə aldığı Mərkəzi Klinik xəstəxanasında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Milli.Az