Azerbaijan

Alimlər artritin müalicəsinin yolunu tapıblar

İsveçdən olan tədqiqatçılar artritin inkişafına cavabdeh olan immun hüceyrələrinin fəallığını azaldan iki zülal aşkar ediblər. Bu kəşf yeni növ dərmanlar üçün əsas ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, immun sistemi düzgün fəaliyyət göstərmədikdə sağlam toxuma və orqanlara hücum edərək bir sıra autoimmun xəstəlikləri əmələ gətirir. Bunlardan biri revmatoid artritidir. Karolina Universitetinin tədqiqatçıları bu hücumlara səbəb olan əsas mexanizmi aşkar ediblər.

"New Atlas"ın söhbət açdığı komanda diqqəti iltihab zamanı mühüm rol oynayan IL-4 və IL-13 zülalları üzərində cəmləşdirib. İmmun sistemi onları orqanizmə güclə daxil olan infeksiya və allergenlərə cavab olaraq hazırlayır.

Alimlər eksperimentlərin gedişində IL-4 və IL-13 zülallarının artrit zamanı zədələnən əzələlərdə toplanan çoxlu immun neytrofil-hüceyrələrin davranışını necə nizamlamasını müşahidə ediblər.

Məlum olub ki, zülallar neytrofillərin əzələlərə miqrasiyasını dayandırmağı bacarır və bununla da onların iltihabını azaldır.

Bu kəşf revmatoid artritinin müalicəsi üçün yeni növ dərmanlar hazırlanacağına ümid verir. Bununla belə, xeyli əlavə tədqiqatların aparılması zəruridir.

Avstraliyadan olan tədqiqatçılar revmatoidli artritlə immun sisteminin "yenidənyüklənmə"si hesabına mübarizə aparmağı təklif edirlər. Bundan ötrü orqanizmə müəyyən antigen dəstlərinin olduğu lipid kürəciklər yeritmək lazımdır. Müəlliflərin fikrincə, bu, immun hüceyrələrinin təlimi prosesini dəyişdirməyə imkan verəcək.

Milli.Az